Bank Of Baku

Qənirə Paşayevanın da daxil olduğu AŞPA missiyası Gürcüstanda görüşlər keçirir

Qənirə Paşayevanın da daxil olduğu AŞPA missiyası Gürcüstanda görüşlər keçirir
# 06 dekabr 2007 15:49 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanda prezident seçkiləri öncəsi vəziyyəti öyrənmək üçün yaratdığı 4 nəfərdən ibarət missiya bu gün ölkədə bir sıra görüşlər keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayevanın da daxil olduğu missiya Avropa Şurası, ATƏT, Avropa Birliyi və BMT-nin Tiflisdəki nümayəndəliklərinin rəhbərləri, prezident səlahiyyətlərini icra edən Nino Burcanadze, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri, parlamentdəki hökumət və müxalifət fraksiyasının üzvləri, Ali Məhkəmənin sədri, baş prokuror, bir sıra araşdırma mərkəzlərinin, QHT-lərin rəhbərləri, KİV nümayəndələri ilə görüşüb. AŞPA nümayəndə heyəti bir sıra prezidentliyə namizədlərlə də fikir mübadiləsi aparıb. Görüşlərdə ölkədəki seçkiqabağı durum, seçkilərin demokratik, şəffaf, Avropa standartlarına uyğun keçirilməsi məsələsi diqqət mərkəzində olub. Sabah nümayəndə heyətinin daxili işlər naziri, Təhlükəsizlik Şurasının sədri, Mətbuat Şurasının üzvləri, Konstitusiya Məhkəməsinin, Mərkəzi Seçki Komissiyasının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR