Elmar Məmmədyarov: “Ərazi bütövlüyü problemini hərbi yolla həll etməyin mümkün olduğunu düşünmək yanlışdır” - EKSKLÜZİV
- ATƏT təhlükəsizlik, demokratik cəmiyyət quruculuğu, islahatların dəstəklənməsi, mülki cəmiyyətin qurulması kimi məsələlərə toxunan kifayət qədər çoxtərəfli təşkilatdır. Bütün bu məsələlər Azərbaycan üçün maraqlıdır və ölkəmizin ATƏT-lə əməkdaşlıq perspektivini təşkil edir.
- Azərbaycan ATƏT-ə sədrlik etmək təşəbbüsü ilə çıxış etməyi planlaşdırırmı?
- Azərbaycan bu kimi addımlar atmağı planlaşdırmır. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə alsaq, bu kimi təşəbbüsün irəli sürülməsinin məqsədəuyğun olduğunu söyləmək ümumiyyətlə çətindir. Biz Qazaxıstanın ATƏT-ə sədrlik etmək təşəbbüsünü dəstəklədik, hesab edirik ki, postsovet məkanı ölkələrindən hansısa birinin bu quruma sədrlik etməsinin vaxtı çoxdan çatıb.
- GUAM ölkələrində “dondurulmuş münaqişələr”lə bağlı quruma üzv dövlətlərin BMT Baş Assambleyasına qətnamə təqdim etməsi ətrafında vəziyyət nə yerdədir? Bu məsələnin BMT Baş Assambleyasının 63-cü sessiyasının müzakirəsinə saxlanılması mümkündürmü?
- Hazırda bu məsələ təkcə Azərbaycanın qərarı, yaxud istəyindən asılı deyil. Qeyd olunan məsələ GUAM-a üzv digər ölkələrin xarici işlər nazirləri ilə konsensus şəklində hazırlanıb. Bu kontekstdə GUAM ölkələrinin fikir mübadiləsi aparması zəruridir. GUAM ölkələrində “dondurulmuş münaqişələr”lə bağlı məsələ GUAM Xarici İşlər Nazirləri Şurasının Madriddə keçirilən toplantısında da müzakirə olunub.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hazırda hansı mərhələdədir? Prezidentlərin Sankt-Peterburq görüşündən sonra vəziyyətin sıfır nöqtəsinə qayıtdığını söyləmək olarmı?
- Bu məsələdə hər şey Ermənistanın siyasi iradə nümayiş etdirməsindən asılıdır. Burada məsələnin mahiyyəti daha çox maarifləndirici xarakter daşıyır. Biz Ermənistandan olan həmkarlarımızı başa salmalıyıq ki, onların hazırda yürütdüyü siyasət, o cümlədən ərazilərin işğal olunması, insanların yurd-yuvalarından zorla qovaraq məcburi köçkün və qaçqına çevrilməsi siyasəti tamamilə yanlışdır. Bu, ilk növbədə, ölkənin milli maraqları, regional əlaqələrin normal funksiya göstərməsi və inkişafı, regionun təhlükəsizliyinin təminatı baxımından qeyri-məhsuldar siyasətdir. Onlar bunu nə qədər tez anlasalar, hamı üçün bir o qədər yaxşı olar.
- Perspektivdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulurmu?
- Bu məsələ mənim həmsədrlər və Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşümdə müzakirə olunmayıb.
- Azərbaycan və Ermənistanda prezident seçkiləri yaxınlaşır. Belə fikir var ki, bu seçkilər danışıqlar prosesində “taym-aut”a səbəb olacaq...
- Seçkilər şübhəsiz ki, həmişə bu kimi proseslərə öz təsirini göstərir. Seçkilər iki icma, dövlət, millət arasında danışıqlar kimi məsələlər fonunda çox həssas proses hesab olunur. Hesab edirəm ki, bu seçkilər də prosesə təsirsiz ötüşməyəcək. Lakin prosesi dayandırmaq olmaz proses getməli, biz danışıqları davam etdirməliyik. Digər məsələ isə odur ki, biz hər zaman erməni tərəfini bu və ya digər metodlarla konstruktivliyə çəkməliyik. Erməni tərəfini hər zaman konstruktiv mövqeyə dəvət etmək, onlara bu məsələnin ilk növbədə Ermənistanın milli maraqlarına ciddi şəkildə cavab verməli olduğunu izah etmək lazım gəlir. Bir məsələni də əlavə etmək istərdim ki, dövlətin ərazi bütövlüyü problemini hərbi yolla həll etməyin mümkünlüyünü düşünmək yanlışdır. Bu, məsələnin düzgün qoyuluşu deyil, bu addım bizi ərazi və digər bu kimi məsələlərin silah yolu ilə həll olunduğu 20-ci əsrin ortalarına qaytarardı.
- ATƏT-in mətbuat və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Sizə Azərbaycanda söz azadlığının durumundan narahatlığını ifadə edən məktub göndərib. ABŞ dövlət katibinin müavini Daniel Frid də bu məsələni Azərbaycanın ABŞ-dakı səfiri ilə müzakirə edib. Yaranmış situasiya Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərmirmi?
- Hər şey bu məsələlərin necə təqdim olunmasından asılıdır. Əgər cəmiyyətin daxili inkişafı baxımından yanaşsaq, burada praqmatizm elementləri var. Jurnalistika daha peşəkar olmalıdır. Biz Xarici İşlər Nazirliyində xüsusi mətbuat xidməti formalaşdırmışıq, baş verənlər barədə ictimaiyyətə məlumat çatdırmaq üçün həftəlik brifinqlər keçiririk. ABŞ-da diplomatik fəaliyyətim zamanı topladığım təcrübədən çıxış edərək deyə bilərəm ki, “Washington Post”, “New York Times” kimi ciddi nəşrlər Azərbaycan haqqında məqalə yazarkən, yaxud ölkəmizlə bağlı hansısa məsələni işıqlandırarkən Azərbaycanın Vaşinqtondakı səfirliyinə zəng edərək informasiyanı dəqiqləşdirirdilər. Onlar bu addımı yanlış informasiya verməmək üçün atırdılar. Təəssüf ki, Azərbaycanda belə praktika mövcud deyil. Söhbət informasiyanın dəqiqləşdirilməsinin zəruriliyindən gedəndə isə bu, az qala azad mətbuata hücum kimi dəyərləndirilir. İkincisi, tam səmimi olaraq inanıram ki, Azərbaycanda söz azadlığının səviyyəsi digər postsovet məkanı respublikalarında mətbuat azadlığının səviyyəsindən aşağı deyil. Aydındır ki, Azərbaycanda jurnalistika məktəbi sahəsində çox ciddi problemlər var. Buna görə də biz Avropa İttifaqı, Avropa Şurası və ATƏT-dən olan həmkarlarımızla azərbaycanlı jurnalistlərin xarici ölkələrdə təcrübə keçməsini təmin etmək üçün xüsusi təqaüdlərin təsis olunması məsələsini müzakirə edirik. Azərbaycanlı jurnalistlər bu təqaüd proqramları hesabına xarici ölkələrdə öz peşəkarlığını artıra və bu sahəyə dair beynəlxalq standartları mənimsəyə bilərlər. Əlinə qələm alan hər kəsi jurnalist adlandırmaq olmaz. Jurnalistika məsuliyyət sevən peşədir, hətta deyərdim ki, xüsusi istedad tələb edən sahədir. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq