Bank Of Baku

AVCİYA nümayəndə heyəti Vaşinqtonda senator və konqresmenlərlə görüşlər keçirib

AVCİYA nümayəndə heyəti Vaşinqtonda senator və konqresmenlərlə görüşlər keçirib
# 07 dekabr 2007 07:18 (UTC +04:00)
ABŞ-ın “Bob Lorens Assosiasiyası”nın dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti yüksək səviyyəli görüşlərini davam etdirir. AVCİYA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun vitse-prezidenti Vəli Əlibəyovun başçılıq etdiyi nümayəndə heyəti görüşlərin çoxluğunu nəzərə alıb iki qrupa bölünərək konqresmenlər Rush Holt, Ben Chandler, senator Armed Servic və digər rəsmi şəxslərin qərargahlarında görüşlər keçirib. Görüşlərdə Dağlıq Qarabağ probleminin həlli yolları, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri, AVCİYA ilə ABŞ QHT-ləri arasında əməkdaşlığın inkişafı, insan haqları, söz və mətbuat azadlığı, ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR