Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin vəfatının ildönümü münasibətilə tədbirlər keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin vəfatının ildönümü münasibətilə tədbirlər keçirəcək
# 07 dekabr 2007 07:26 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin vəfatının dördüncü ildönümü münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırıb. Səfirlikdən APA-ya verilən məlumata görə, dekabrın 12-də Ankaranın Yeni Məhəllə rayonunda yerləşən Heydər Əliyev parkı ziyarət ediləcək, mərhum prezidentin abidəsinin önünə əklil qoyulacaq. Mərasimdə Ankarada fəaliyyət göstərən H. Əliyev adına məktəbin müəllim-şagird kollektivi, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və kursantlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri də iştirak edəcək. Parkın ziyarət edilməsindən sonra səfirllikdə böyük tədbir keçiriləcək. Tədbirə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, vəzifəli şəxslər, millət vəkilləri, Türkiyə XİN-in nümayəndələri, səfirlər, soydaşlarımız, tələbələr, mətbuat nümayəndələri dəvət edilib. Səfir Zakir Həşimovun nitq söyləyəcəyi rəsmi hissədən sonra H. Əliyevin ruhuna dualar oxunacaq və ehsan veriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyi H. Əliyevin vəfatının ildönümü münasibətilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda inşa müsabiqəsi də elan edib və bununla bağlı xüsusi komissiya yaradıb. Komissiya tələbələr tərəfindən yazılmış inşalardan ən yaxşı üçünü seçəcək. Müsabiqənin qaliblərinə səfirliyin xatirə mükafatları veriləcək. Bundan başqa, səfirlik Türkiyə mediasında H. Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş yazıların nəşr edilməsi, filmlərin nümayiş etdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR