Bank Of Baku

Moldovada “Azərbaycan gəncləri günləri”nin keçirilməsinə başlanılıb

Moldovada “Azərbaycan gəncləri günləri”nin keçirilməsinə başlanılıb
# 07 dekabr 2007 08:20 (UTC +04:00)
Bu gündən Moldovada “Azərbaycan gəncləri günləri”nin keçirilməsinə başlanılıb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə Milli Məclisin deputatı Əkrəm Abdullayev iştirak edəcək. “Gənclər ili” çərçivəsində keçiriləcək tədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Milli Məclisin deputatı burada Azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək, Azərbaycan mətbəxinin təqdimat mərasimində iştirak edəcək. Tədbirlər silsiləsi dekabrın 10-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR