Bank Of Baku

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək
# 07 dekabr 2007 08:52 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir “Avro-Atlantik məkanda sülh əməliyyatları: problemlər və perspektivlər” mövzusuna həsr olunacaq. Sessiyada NATO-nun tərəfdaşlıq proqramları və Qafqaz siyasəti, sülh əməliyyatlarının prinsipləri və hüquqi aspektləri, NATO-nun sülh əməliyyatları, sülh və müharibə anlayışlarına konseptual yanaşmalar, post-konflikt cəmiyyətlərində təhlükəsizlik sektorunun islahatları, sülh əməliyyatlarına milli yanaşmalar, media və mülki təşkilatların sülhyaratma prosesində rolu, mülki-hərbi əlaqələr, sülh əməliyyatlarının problem və perspektivləri haqqında müzakirələr aparılacaq, o cümlədən Silahlı Qüvvələrin sülhməramlı taboruna tanışlıq səfəri təşkil olunacaqdır. NİSA-nın qış sessiyasında Azərbaycan XİN, NATO, ATƏT, Böyük Britaniya Müdafiə Akademiyası, Kopenhagen Universiteti, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Gənclərin Atlantik Müqavilə Təşkilatından və müstəqil ekspertlər mühazirələrlə çıxış edəcəklər. Tədbirdə Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Çex Respublikası, İtaliya, Danimarka, Misir, Finlandiya, Fransa, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva, Makedoniya, Moldova, Niderland, Rusiya, Sloveniya, Türkiyə və Ukraynadan 50-yə yaxın tələbə, gənc elmi tədqiqatçı və müstəqil ekspertlər iştirak edəcək.
NİSA-nın qış sessiyasının açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO və Tərəfdaş ölkələrin Bakıdakı səfirləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqniev Rybacki iştirak edəcəklər. NİSA-nın qış sessiyası Azərbaycan XİN və NATO-nun İctimai Diplomatiya İdarəsinin ekspert və maliyyə yardımı ilə keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR