Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı dekabrın 9-na təyin etdiyi mitinqi təxirə salıb

“Azərbaycan Yolu” Siyasi Hərəkatı dekabrın 9-na təyin etdiyi mitinqi təxirə salıb
# 07 dekabr 2007 11:13 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatı dekabrın 9-na təyin etdiyi mitinqi təxirə salıb. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurum aksiyanı Ukrayna meydanında keçirmək üçün müraciət etsə də, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) heç bir əsas gətirmədən mitinqin yerini dəyişib və onlara bu tədbiri “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionunda keçirilməsini təklif edib. Məsələ ilə bağlı bəyanatla çıxış edən AYSH aksiyanın PKK terroruna qarşı Türkiyənin apardığı hərbi əməliyyatlara dəstək məqsədi ilə təyin olunduğunu bildirib və aksiya üçün lazımı şəraitin yaradılmamasının təəccüb doğurduğunu vurğulayıb. Hərəkat şəhər rəhbərliyinin bu addımının vətəndaşların sərbəst toplaşmaq azadlığı hüququnun pozulması kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR