Bank Of Baku

Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini USAİD İdarə Heyəti sədrinin məsləhətçisi ilə görüşüb

Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini USAİD İdarə Heyəti sədrinin məsləhətçisi ilə görüşüb
# 07 dekabr 2007 11:20 (UTC +04:00)
Belqradda səfərdə olan Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nuridə Turabova ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) İdarə Heyəti sədrinin məsləhətçisi Şan Makkarti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı geniş məlumat verən N.Turabova bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatların dəstəyinə ciddi ehtiyac olduğunu bildirib. Öz növbəsində USAİD təmsilçisi Azərbaycanda seçkiöncəsi vəziyyətlə maraqlanaraq seçicilərin seçki aktivliyinin yüksəldilməsinin mühüm əhəmiyyət daşıdığını, qapalı icmaların səsvermə prosesinə cəlb edilməsinin vacibliyini qeyd edib. Daha sonra N. Turabova Serbiya Liberal Demokrat Partiyasının (SLDP) beynəlxalq katibi xanım Vukosava Crnjanski ilə də görüşüb. Partiyanın prezident seçkilərində iştirak etməyə qərar verdiyini nəzərə çatdıran N. Turabova bu istiqamətdə SLDP-nin təcrübəsi ilə maraqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR