Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola Xəzər Universitetində mühazirə oxuyub

ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola Xəzər Universitetində mühazirə oxuyub
# 07 dekabr 2007 11:25 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola Xəzər Universitetinin tələbələri qarşısında mühazirə oxuyub. APA-nın məlumatına görə, cənab Ansola mühazirəsində tələbələrə ATƏT-in yaranma tarixi, qurumun əsas institutları, təşkilatın fəaliyyətinin əsas prioritetləri barədə məlumat verib. Keçid dövrü yaşayan ölkələrin üzləşdiyi problemlərin təsnifatını verən Xose Luis Herero Ansola regionda mövcud olan münaqişələrə də toxunub. ATƏT-in beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verən ofis rəhbəri həmçinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Madrid sammitinin nəticələrini şərh edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR