Bank Of Baku

Sərdar Cəlaloğlu Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Azərbaycan xalqına müraciət edib

Sərdar Cəlaloğlu Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Azərbaycan xalqına müraciət edib
# 07 dekabr 2007 11:43 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə partiya sədri 1948-ci ilin dekabrın 10-da BMT-nin 183 saylı plenar iclasında “Beynəlxalq insan hüquqları bəyannaməsi”nin qəbul olunduğunu və həmin vaxtdan bu günün insan haqları günü kimi qeyd edildiyini bildirib. Azərbaycanın müstəqillik əldə etməsindən sonra BMT üzvü kimi bu sənədə imza atdığını qeyd edən S. Cəlaloğlu insanların bu bəyannamədə və daha sonrakı beynəlxalq sənədlərdə əksini tapmış hüquqlarının qorunması ilə əlaqədar vəziyyətin qaneedici səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, insan hüquqlarının tam qorunması yalnız o dövlətlərdə mümkün olur ki, bunu həmin dövlətin bütün vətəndaşları istəyir və bu ideya uğrunda ardıcıl mübarizə aparılır. İnsanların fəal olmadığı cəmiyyətlərdə isə bunun əksi baş verir: “Azərbaycan insanı ilk növbədə insan hüquqlarının tam qorunduğu və hər cür azadlıqların mövcud olduğu bir dövlətdə yaşamaq istəklərini ardıcıl olaraq nümayiş etdirməli və bunun uğrunda mübarizə aparmalıdır. Bizim insanlarımız hüquqsuzluq, bərabərsizlik və insan ləyaqətinə xələl gətirilən cəmiyyətdə yaşamaqdan usandığını nümayiş etdirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR