Bank Of Baku

Milli Məclisdə Ziyafət Əsgərovla Pənah Hüseyn arasında insident yaranıb

Milli Məclisdə Ziyafət Əsgərovla Pənah Hüseyn arasında insident yaranıb
# 07 dekabr 2007 14:49 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərovla deputat Pənah Hüseyn arasında insident yaranıb. APA-nın xəbərinə görə, Mülki Məcəlləyə əlavə və dəyişikliklər layihəsi müzakirə olunarkən P. Hüseyn sənədin geri qaytarılmasını təklif edib: “Bu layihə dövlətin siyasətinə ziddir. Mülki Məcəlləyə əlavə və dəyişikliklər qəbul olunsa, sosial ədalət prinsipi pozulacaq, korrupsiyaya yol açacaq”. Z. Əsgərov P. Hüseynin fikirləri ilə razılaşmayıb: “Pənah bəy, haqqında deyilənləri eşitmişdim, bu gün bir daha şahidi oldum. Görünür, Pənah bəy baş nazir işləyən vaxtlardan korrupsiyanın iyini yaxşı bilir”. Bu sözlərdən sonra P. Hüseyn yerindən qalxaraq vitse-spikerə “danışığını bil, professorsan, professor kimi danış” deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR