Bank Of Baku

Sergey Lavrov: “Kosovonun statusu ilə bağlı qərar postsovet məkanındakı tanınmamış respublikalar üçün presedent olacaq”

Sergey Lavrov: “Kosovonun statusu ilə bağlı qərar postsovet məkanındakı tanınmamış respublikalar üçün presedent olacaq”
# 07 dekabr 2007 15:51 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-Rusiya Şurasının Brüsseldəki toplantısından sonra keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O bildirib ki, Kosovoda situasiyanın inkişafını bir çox ölkə, o cümlədən Balkan dövlətləri diqqətlə izləyir: “Beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı ilə istədiyi kimi davrananlar Avropada sabitliyə kömək etməyəcək və gözlənilməz nəticələrə səbəb olacaq sürüşkən yola ayaq basarkən bir daha düşünməlidir”. S. Lavrov Kosovonun müstəqilliyinə alternativ olmadığını söyləyənləri danışıqların qarşısını almamağa və tərəflərə ümumi mövqe tapmaq imkanı verməyə çağırıb.
Xatırladaq ki, 1999-cu ildən Kosovo formal olaraq Serbiyanın ərazisi sayılır və BMT tərəfindən idarə olunur. 2006-cı ildə BMT baş katibinin xüsusi elçisi Marti Axtisaarinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsiz bitdikdən sonra problemin həlli Rusiya, ABŞ və Avropa Birliyi nümayəndələrindən ibarət “troyka”ya həvalə olunub. “Troyka”nın da əyalətin statusuna dair apardığı danışıqlar nəticə verməyib. Qrup bununla bağlı BMT Təhlükəsizlik Şurasına hesabat təqdim etdikdən sonra Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR