Bank Of Baku

MDİ-nin Avrasiya proqramları üzrə regional direktoru: “Tədbirə Azərbaycandan yalnız beş partiyanı dəvət etməyimiz maliyyə vəsaitinin məhdudluğu ilə əlaqədardır”

MDİ-nin Avrasiya proqramları üzrə regional direktoru: “Tədbirə Azərbaycandan yalnız beş partiyanı dəvət etməyimiz maliyyə vəsaitinin məhdudluğu ilə əlaqədardır”
# 08 dekabr 2007 09:41 (UTC +04:00)
Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında Amerika Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya proqramları üzrə regional direktoru Laura Cevet (Laura Jewett) deyib. L. Cevet bildirib ki, maliyyə imkanları yaxşılaşacağı təqdirdə, gələcəkdə reallaşacaq digər proqramlara daha çox partiya dəvət oluna bilər. Xanım Cevet fəaliyyət göstərdikləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi partiyaların çox, digərlərin isə nisbətən az əməkdaşlığa meylli olduğunu söyləyib. Yaxşı əməkdaşlıq təcrübəsi olan siyasi partiyalar sırasında o, Yeni Azərbaycan partiyasının da yer aldığını bildirib. Ümumilikdə isə MDİ-nin regional direktoru əməkdaşlıq təşəbbüsünün onlardan deyil, siyasi partiyalardan gəlməsinin daha düzgün yanaşma olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın bəzi müxalifət partiyaları MDİ-ni seçkiöncəsi bir neçə müxalifət partiyasının təbliğatı ilə məşğul olmaqda ittiham edərək, qurumu məhkəməyə verəcəklərini bildiriblər.
Onu da əlavə edək ki, MDİ-nin təşkilatçılığı ilə dekabrın 9-17-dək Polşada keçiriləcək tədbirə YAP, Müsavat, AXCP, ADP və Ümid partiyaları dəvət olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR