Bank Of Baku

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Cənubi Qafqazın əməkdaşlıq, inteqrasiya xəritəsində Ermənistanın yeri yoxdur”

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Cənubi Qafqazın əməkdaşlıq, inteqrasiya xəritəsində Ermənistanın yeri yoxdur”
# 08 dekabr 2007 11:05 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya və İranın Ermənistanda Neftayırma Zavodu tikəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Beynəlxalq aləmdə və regionda gedən prosesləri hərtərəfli təhlil edib dəyərləndirməyin tərəfdarı olan N. Məmmədov hətta erməni mütəxəssislərinin belə, bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən tamamilə təcrid olunduğunu etiraf etdiyini bildirib. PA təmsilçisi hesab edir ki, bu baxımdan Azərbaycanın əldə etdiyi nailiyyətləri və ölkəmizin perspektivlərini Ermənistanın perspektivləri ilə eyniləşdirmək düzgün deyil: “Azərbaycan bu gün təkcə regionda lider dövlət deyil, eyni zamanda bu regionda və Avrasiyada gedən proseslərə, xüsusilə enerji və infrastruktur sahəsində proseslərə təsir edə bilir. Düşünürəm ki, Ermənistanda müəyyən dairələr də çox yaxşı bilir ki, onları gözləyən yol tamamilə təcrid yoludur və bunun perspektivi, inkişafı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR