Bank Of Baku

Fəzail Ağamalı: “Ana Vətən Partiyası 2008-ci il prezident seçkilərində yenidən İlham Əliyevi dəstəkləyəcək”

Fəzail Ağamalı: “Ana Vətən Partiyası 2008-ci il prezident seçkilərində yenidən İlham Əliyevi dəstəkləyəcək”
# 11 dekabr 2007 12:13 (UTC +04:00)
“Ana Vətən Partiyası öz ənənələrinə sadiq olaraq 2003-cü il prezident seçkilərində dəstəklədiyi namizədi çox güman ki, növbəti seçkilərdə bir daha dəstəkləyəcək. Bu məsələ partiyanın növbəti qurultayında müzakirə olunacaq”. Bunu APA-ya açıqlamasında AVP-nin sədri Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, partiyanın Ali Məclisi V qurultayın prezident seçkiləri ərəfəsində keçirilməsi barədə qərar qəbul edib. O, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradıldığını, bu quruma müvafiq tapşırıqlar verildiyini, gündəliyin hazırlandığını vurğulayıb: “Qurultayda prezident seçkilərində dəstəkləyəcəyimiz namizədin müəyyənləşməsi və seçkilərdə fəal iştirak etmək əsas müzakirə mövzusu olacaq. Mənim fikrimcə, bu gün ölkə prezidentinin alternativi yoxdur. Bizim düşündüklərimizi və Azərbaycanla bağlı baxışlar sistemimizi İlham Əliyev öz fəaliyyətində tam təcəssüm etdirir, uğurla Azərbaycanı irəliyə doğru aparır. Bu baxımdan mənə elə gəlir ki, qurultay düzgün qərar qəbul edəcək və bir daha İlham Əliyevin namizədliyi üzərində dayanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR