Bank Of Baku

Fəzail Ağamalı: “Siyasi Partiyaların Məşvərət Məclisi 2008-ci il prezident seçkiləri ərəfəsində fəal olacaq”

Fəzail Ağamalı: “Siyasi Partiyaların Məşvərət Məclisi 2008-ci il prezident seçkiləri ərəfəsində fəal olacaq”
# 11 dekabr 2007 12:37 (UTC +04:00)
“Siyasi Partiyaların Məşvərət Məclisi mövcuddur, bəzən qurum rəhbərliyi öz fikirlərini ifadə edir, lazım gələndə sözünü deyir. Hazırda hər hansı seçki prosesi olmadığından, qurumun fəaliyyəti görünmür”. Bunu APA-ya açıqlamasında Məşvərət Məclisində təmsil olunan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, Məşvərət Məclisi lazım olan məqamlarda toplanır, müxtəlif tədbirlər keçirir: “Bu cür bloklar, birliklər bir qayda olaraq ictimai siyasi proseslərin daha qabarıq xarakter aldığı dövrdə özünün fəallığını göstərir. Ona görə də düşünürəm ki, yəqin 2008-ci il prezident seçkiləri ərəfəsində birlik fəal olacaq”. Məşvərət Məclisinin mövcudluğunu saxlamağın nə qədər vacib olması ilə bağlı suala F. Ağamalı “qalıb də, bunun nə ziyanı var, qoy qalsın” cavabı verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR