Bank Of Baku

Sabah AMİP-in Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasına baxılacaq

Sabah AMİP-in Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasına baxılacaq
# 11 dekabr 2007 13:31 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Səbael rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə sabah baxılacaq. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasda AMİP-i vəkil qismində Əli Ələkbərov təmsil edəcək. Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddianın təmin edilməməsindən apellyasiya şikayəti verən partiya şəhər rəhbərliyinin vətəndaşların sərbəst toplaşmaq azadlığını pozması ilə bağlı müvafiq qərarın qəbul olunmasını xahiş edib. Qeyd edək ki, BŞİH-ə qarşı Səbayel rayon Məhkəməsində qaldırılan iddia məhkəmənin 22 oktyabr tarixli qərarı ilə təmin edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR