Bank Of Baku

Ahıska türklərinin Gürcüstanda qeydiyyatdan keçən Qayıdış və İnkişaf Fondunun təqdimat mərasimi olacaq

Ahıska türklərinin Gürcüstanda qeydiyyatdan keçən Qayıdış və İnkişaf Fondunun təqdimat mərasimi olacaq
# 11 dekabr 2007 13:42 (UTC +04:00)
Ahıska türklərinin Gürcüstandakı öz tarixi torpaqlarına dönüşü və qeydiyyatdan keçməsi ilə bağlı ciddi problem yoxdur. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Bakı ofisinin rəhbəri İbrahim Burhanov APA-ya bildirib ki, Ahıska türklərinin Gürcüstandakı ofisi öz tarixi torpaqlarına dönən şəxslərə köməklik göstərir: “Millət vəkili Qənirə Paşayeva ilə birlikdə biz özümüz də orada olduq. Qənirə xanım yeni köçən ailələrə humanitar yardım göstərdi”. Artıq 27 ailənin öz torpaqlarına döndüyünü söyləyən İ. Burhanov deyib ki, həmin şəxslər aldıqları evləri notarial qaydada sənədləşdirilə bilib: “Çoxlu sayda insan ev alsa da, qeydiyyat prosesi hələ başa çatmayıb”. Ahıska türklərinin öz tarixi torpaqlarına rəsmi dönüşünün yanvarın 1-dən başlanacağını xatırladan İ. Burhanovun sözlərinə görə, qayıdış tədricən yekunlaşacaq: “Təbii ki, geri dönən insanların orada birdən-birə yenidənqurma işləri aparması çətin olacaq. Geri dönən şəxslərin 90 faizi imkansızdır. Cəmi on faiz öz insan hesabına ev alıb”.
İ. Burhanov yaxın vaxtlarda Ahıska türklərinin Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətə başlayan Qayıdış və İnkişaf Fondunun təqdimat mərasiminin keçiriləcəyini də əlavə edib: “Təqdimat mərasimindən sonra biz müvafiq beynəlxalq təşkilatlara fondun adından müraciət edərək Ahıska türklərinin qayıdışına yardımçı olmalarını xahiş edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR