Bank Of Baku

Şəkidə Heydər Əliyevin anım günü münasibətilə anım mərasimi keçirilib

Şəkidə Heydər Əliyevin anım günü münasibətilə anım mərasimi keçirilib
# 11 dekabr 2007 13:48 (UTC +04:00)
Bu gün Şəkidə Heydər Əliyevin anım günü münasibətilə anım mərasimi keçirilib. Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mərasim iştirakçıları öncə rayonda Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül-çiçək dəstələri qoyublar. Ziyarət başa çatdıqdan sonra RİH-də anım tədbiri keçirilib. Tədbirdə çıxış edən RİH başçısının müavini Zərinə Hacıyeva H. Əliyevin həyat və yaradıcılığından danışıb. O, bütün həmkarları adından H. Əliyevin ideyalarının davamçısı olan prezident İlham Əliyevin siyasətini sonadək dəstəkləyəcəklərini bəyan edib. Tədbir xatirə çıxışları ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR