Bank Of Baku

AMİP Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentə və beynəlxalq təşkilatlara təqdim edəcək

AMİP Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentə və beynəlxalq təşkilatlara təqdim edəcək
# 11 dekabr 2007 13:57 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihəni parlamentə və Avropa Şurasının Venesiya Komissiyasına təqdim edəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə layihə “beşlər”in müzakirəsinə çıxarılacaq. Digər partiyalarla müqayisədə AMİP-in Seçki Məcəlləsi ilə bağli layihəni gec hazırlamasının səbəblərinə gəldikdə Ə. Orucov bildirib ki, onlar daha çox müxalifətin vahid sənədinin hazırlanmasında maraqlı olublar: “Bu istiqamətdə irəli sürülən bütün təşəbbüsləri dəstəklədik, amma nəticədə yenə də müxtəlif laihələr hazırlandı. Vahid layihənin hazırlanmaması istər-istəməz müxalifət daxilində pərakəndəlik yaradır. Ona görə də bizim layihə bir qədər gec ortaya çıxdı”. Ə. Orucov AMİP-in hazırladığı layihədə bütün müxalifət partiyalarının maraqlarını nəzərə almağa çalışdıqlarını deyib: “Sözsüz ki, bütün partiyaların maraqlarını bir sənəddə tam nəzərə almaq mümkün deyil. Amma hazırladığımız layihədə elə məsələlər var ki, digər partiyaları da qane edə bilər. Biz reallığa əsaslanan sənəd hazırlamışıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR