Bank Of Baku

Bahar Muradova: “Majoritar seçki sistemi indiki dövrdə Azərbaycan üçün daha məqbuldur”

Bahar Muradova: “Majoritar seçki sistemi indiki dövrdə Azərbaycan üçün daha məqbuldur”
# 11 dekabr 2007 15:12 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının ayrı-ayrı üzvlərinin, millət vəkillərinin proporsional seçki sisteminin bərpası ilə bağlı fikirlərini normal, təbii qəbul edirəm. Amma 2002-ci ildə Konstitusiyaya dəyişiklik edilib, mənə elə gəlir ki, qısa müddətdə yenidən proporsional seçki sisteminə keçid mümkün görünmür”. APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Hər kəsin özünəməxsus fikri və bunu əsaslandırmaq üçün kifayət qədər arqumentinin olmasını mümkün sayan millət vəkili hesab edir ki, Azərbaycanda majoritar seçki sisteminin vacibliyi üçün də kifayət qədər arqument var: “Düşünürəm ki, majoritar seçki sistemi indiki dövrdə Azərbaycan üçün daha məqbuldur. Hələlik bu variantın üstünlüklərindən yararlanırıq və yararlanmalıyıq”. Deputatların sayının artırılması ilə bağlı təkliflərə gəldikdə, B. Muradova bildirib ki, 125 millət vəkilinin potensialı qanun yaradıcılığı prosesinə kifayət edir. Bunu əsas gətirən B. Muradova deputatların sayının artırılmasına ehtiyac görmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR