Bank Of Baku

Bahar Muradova: “Təhsil qanununun parlamentin payız sessiyasında müzakirəsi mümkündür”

Bahar Muradova: “Təhsil qanununun parlamentin payız sessiyasında müzakirəsi mümkündür”
# 11 dekabr 2007 16:09 (UTC +04:00)
“Siyasi partiyaların statusunu müəyyənləşdirən qanuna düzəlişlər ediləcəksə, orada ciddi dəyişikliklər öz əksini tapmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova verib. Onun sözlərinə görə, müasir tələblərə cavab verən uyğun qanun hazırlanacağı təqdirdə, siyasi partiyaların, bütövlükdə maraqlı tərəflərin fəaliyyətini daha yaxşı tənzimləmək mümkün olacaq: “Ona görə də bu sənəd üzərində uzun iş aparılır. Bu, kifayət qədər ictimaiyyətin diqqətində olan vacib bir məsələdir”. Bahar Muradova “Təhsil haqqında” qanun layihəsinin parlamentin payız sessiyası çərçivəsində müzakirə ola biləcəyini deyib: “Yaxın günlərdə siz özünüz də bunun şahidi olacaqsınız. Müzakirə tarixi dəqiqləşəndə, vaxtı ictimaiyyətə açıqlayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR