Bank Of Baku

Oqtay Əsədov Dünya Bankının vitse-prezidentini qəbul edib

Oqtay Əsədov Dünya Bankının vitse-prezidentini qəbul edib
# 12 dekabr 2007 09:09 (UTC +04:00)
Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şiqeo Katsunu qəbul edib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, spiker bu beynəlxalq maliyyə qurumunun Azərbaycanda yeni layihələr həyata keçirmək niyyətini yüksək qiymətləndirib: “Biz parlament olaraq Dünya Bankının fəaliyyətini dəstəkləyirik və onun bütün layihələrinə, xüsusilə ölkəmizin infrastrukturu ilə bağlı layihələrinə böyük önəm veririk”. Ş. Katsu isə gələcəkdə böyük layihələrin həyata keçirilməsinə hazırlaşdıqlarını deyib: “Bunlara əsasən infrastruktur layihələri daxildir. Su təminatı sahəsində layihələr isə 21 rayonu əhatə edir. Abşeron rayonunun ekoloji problemlərinin həlli də böyük vəzifələrdən biri hesab olunur. İnsan inkişafı ilə bağlı sahələr - təhsil, kənddə kiçik icmalar, sosial müdafiə, təqaüd, məcburi köçkünlərə yardım və bu kimi digər vacib məsələlər də diqqət mərkəzindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR