Bank Of Baku

Novruz Məmmədov: “Dmitri Medvedev liberal mühafizəkar xarakterli ağıllı bir siyasətçidir”

Novruz Məmmədov: “Dmitri Medvedev liberal mühafizəkar xarakterli ağıllı bir siyasətçidir”
# 12 dekabr 2007 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı Novruz Məmmədov verib: “Vladimir Putinin indiyə kimi keçdiyi yolun ən sadiq davamçısı Medvedev ola bilər. Bu gün Avropa, Qərb və başqa dünya vektorlarında Rusiyanın rəhbəri kimi o tanına bilərdi. Indiki situasiyada bu, ən düzgün addımdır”. Novruz Məmmədov Vladimir Putinin siyasi varisi elan olunan Dmitri Medvedevi şəxsən tanıdığını bildirib: “Medvedevi mən şəxsən tanıyıram, onunla Bakıya səfərləri zamanı görüşlər keçirmişəm. O, müəyyən mənada liberal mühafizəkar xarakterli, ağıllı bir siyasətçidir. Bu addımla Putinin Rusiya siyasi həyatında qalmasına yaxşı bir təminat var. Bu addımın atılması ona görə lazım idi ki, Putinin Rusiyada bir nömrəli siyasətçi kimi qalmasına təminat olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR