Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin anım mərasimləri keçirilib

Gürcüstanda Heydər Əliyevin anım mərasimləri keçirilib
# 12 dekabr 2007 10:25 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə yaşayan azərbaycanlı və gürcü ziyalıları, xarici ölkələrin Gürcüstanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri Heydər Əliyev mərhum prezidentin abidəsini ziyarət edərək, abidə önünə əklil qoyublar. Anım mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mərhum prezidentin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, regionun enerji təhlükəsizliyinin formalaşmasında, regional və beynəlxalq enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını bildirib. O, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlərin möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rol oynadığını vurğulayıb. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani, Marneuli, Dmanisi və Bolnisi rayonlarında da Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimlərdə mərhumun ruhuna dualar oxunub, ehsanlar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR