Bank Of Baku

Türkiyənin Qars şəhərində Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib

Türkiyənin Qars şəhərində Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 12 dekabr 2007 10:50 (UTC +04:00)
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı anım mərasimi keçirib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Heydər Əliyev parkında keçirilən mərasimdə baş konsul Həsən Zeynalov, Qars valisi Ufuk Ərdən, bələdiyyə başçısı Naif Əlibəyoğlu, əmniyyət (polis) müdiri İbrahim Dəmirçi, Qafqaz Universitetinin müəllim-tələbə heyəti, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin vətəndaşlar iştirak edib. U. Ərdən, N. Əlibəyoğlu və H. Zeynalov tədbirdə çıxış edərək Heydər Əliyevin xidmətlərindən, Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi töhfələrdən danışıblar. İştirakçılar H. Əliyevin büstünün önünə əklillər və qərənfillər düzüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR