Bank Of Baku

Rumıniyada Heydər Əliyevin anım mərasimi keçirilib

Rumıniyada Heydər Əliyevin anım mərasimi keçirilib
# 12 dekabr 2007 11:39 (UTC +04:00)
Rumıniyada Heydər Əliyevin vəfatının 4-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə keçirilən anım mərasiminə Rumıniya parlament və Senatının nümayəndələri, ölkənin tanınmış siyasət, elm və mədəniyyət xadimləri, Rumıniyada fəaliyyət göstərən xarici səfirlik və nümayəndəliklərin rəhbərləri, Buxarest şəhərinin 2-ci sektorun meri Nikolay Untsyanu, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Buxarestdəki türk və tatar cəmiyyətlərinin üzvləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr iştirak ediblər. Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyində keçirilən anım mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəsi İqbal Hacıyev, Rumıniyanın tanınmış ictimai xadimi, yazıçı-publisist Eucen Urikaru, Rumıniya-Türkiyə Ticarət Palatasının sədri Tamer Atalay, Müsəlman Türk-Tatar Birliyinin Sədri Kiyasəddin Uteu çıxış edərək Heydər Əliyevin gördüyü işlər, ictimai-siyasi fəaliyyəti barədə fikirlərini söyləyiblər. Mərasimdən sonra tədbir iştirakçıları Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkına gələrək mərhum prezidentin büstü önünə əklillər qoyublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR