Bank Of Baku

Arif Rəhimzadə: “Azərbaycanın keçmişi, İslamdan əvvəlki xristianlıqla bağlı dünyada tam təsəvvür yaratmalıyıq”

Arif Rəhimzadə: “Azərbaycanın keçmişi, İslamdan əvvəlki xristianlıqla bağlı dünyada tam təsəvvür yaratmalıyıq”
# 12 dekabr 2007 12:34 (UTC +04:00)
“Ermənilər həmişə bizim ərazilərimizi və coğrafi adlarımızı özününküləşdirmək istəyib. Buna təəccüblənmək lazım deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Regional siyasət daimi komissiyasının sədri Arif Rəhimzadə deyib. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında yer adlarını dəyişdirməsi, bu ərazilərdə kilsə tikməsi, xaç basdırması faktlarına münasibət bildirən A. Rəhimzadənin fikrincə, ermənilərə öz metodları ilə cavab verməyə ehtiyac yoxdur: “Biz Azərbaycanın keçmişi, İslamdan əvvəlki xristianlıqla bağlı dünyada tam təsəvvür yaratmağa çalışmalıyıq. Hazırda bu istiqamətdə təbliğat aparılır”. A. Rəhizadə rəhbərlik etdiyi komissiyada “Coğrafi obyektlər haqqında” qanun layihəsi hazırlandığını və yaxın vaxtlarda müzakirəyə çıxarılacağını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR