Bank Of Baku

Gültəkin Hacıyeva: “Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması Ermənistan iqtidarının əsəb savaşının simptomlarıdır”

Gültəkin Hacıyeva: “Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması Ermənistan iqtidarının əsəb savaşının simptomlarıdır”
# 12 dekabr 2007 13:06 (UTC +04:00)
“Ermənistan istəsə də, istəməsə də Dağlıq Qarabağ probleminin həllində müəyyən bir kompromis xətti tutmalı olacaq. Ermənistan hakimiyyəti indiki özünütəcrid siyasəti ilə perspektivsiz gələcək formalaşdırır”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili Gültəkin Hacıyeva bildirib. Ermənilərin Azərbaycanın tarixi, mədəni abidələrinin məhv etməsi, işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törətməsi faktı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırıldığını bildirən millət vəkili Azərbaycan tərəfinin bu kimi hallara qarşı daim mübarizə apardığını vurğulayıb: “Bəzi beynəlxalq qurumların məsələ ilə bağlı konkret addım atmamasına baxmayaraq, biz ruhdan düşmürük. O cümlədən, son vaxtlar atəşkəsin mütəmadi olaraq pozulmasının ciddi əsasları var, bunlar səbəbsiz deyil. Ermənistanın daxilində ciddi proseslər baş verir. Bu ölkə Azərbaycanla müqayisədə çox çətin bir durumdadır, perspektivsizliyini anlayır. Atəşkəs rejiminin mütəmadi pozulması halları da Ermənistan iqtidarının əsəb savaşının simptomlarıdır”. G. Hacıyevanın sözlərinə görə, Ermənistan öz separatçı addımları nəticəsində bölgədə həyata keçirilən böyük layihələrdən özünü təcrid edib: “Biz Azərbaycanı lider dövlətə çevirmişik və bu layihələri inkişaf etdirməliyik. Bəzi hallarda bizim səbrimiz tükənsə də, Qarabağ azad ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR