Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 30-cu sessiyası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 30-cu sessiyası keçirilib
# 12 dekabr 2007 13:15 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 30-cu sessiyası başa çatıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edən toplantının yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Gürcüstan parlamenti sədrinin səlahiyyətlərinin icraçısı Mixail Maçavariani bildirib ki, sessiya çərçivəsində enerji təhlükəsizliyi mövzusunda müzakirə aparılıb və Avropa üçün alternativ enerji dəhlizi kimi Qara dəniz hövzəsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev də enerji təhlükəsizliyinin vacibliyinə toxunaraq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa layihələrinin önəmini vurğulayıb. O, enerji layihələrinin reallaşdırılması üçün regiondakı “dondurulmuş münaqişələr”in həllinin böyük əhəmiyyət daşıdığını söyləyib. Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan isə qeyd edib ki, neft-qaz layihələri ilə yanaşı, nüvə enerjisi və hidroenerji sahələrini də inkişaf etdirmək lazımdır. QDİƏT Parlament Assambleyasının bir-biri ilə gərgin münasibətləri olan qurum üzvlərinə hər hansı təsir göstərməsinin mümkünlüyü barədə sualı cavablandıran M. Maçavariani təşkilatı bu baxımdan çox faydalı format adlandırıb. Gürcüstan nümayəndəsi təşkilat daxilində daimi dialoq aparıldığını vurğulayıb.
Qeyd edək ki, sessiyada QDİƏT PA-ya sədrlik Gürcüstandan Yunanıstana keçib. Növbəti toplantı 6 aydan sonra Afinada olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR