Bank Of Baku

Gültəkin Hacıyeva: “Müasir zamanda ideoloji mübarizə silah və diplomatiya ilə deyil, müasir texnologiyalar vasitəsi ilə həyata keçirir”

Gültəkin Hacıyeva: “Müasir zamanda ideoloji mübarizə silah və diplomatiya ilə deyil, müasir texnologiyalar vasitəsi ilə həyata keçirir”
# 12 dekabr 2007 13:34 (UTC +04:00)
“Müasir zamanda ideoloji mübarizə silah və diplomatiya ilə deyil, müasir texnologiyalar vasitəsi ilə həyata keçirir. Məhz bundan istifadə edən ermənilər Azərbaycan adları ilə bağlı domenləri alaraq geniş təbliğat imkanları əldə edirlər”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili Gültəkin Hacıyeva bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan əraziləri, tarixi, mədəniyyəti ilə bağlı domen adlarının böyük əksəriyyəti ermənilərə məxsusdur. Millət vəkili bu domenlərin müəlliflik hüququnun ermənilərin əlinə keçməsinin Azərbaycanın təbliğat imkanlarının bir qədər daraltdığını vurğulayıb: “Ermənilər passiv şəkildə adları qeydiyyatdan keçirib həmin domenləri işlətmirlər. Aktiv olduqda isə yaradılan saytlarda bizim əleyhimizə və ermənilərin xeyrinə olan təbliğat aparılır, yalan və böhtan dolu informasiyanı dünyaya çatdırırlar. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan tərəfdən ciddi addımların atılmasının vaxtı gəlib çatıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR