Bank Of Baku

16 müxalifət partiyası prezident seçkiləri ərəfəsində birgə fəaliyyətə dair saziş imzalayıb

16 müxalifət partiyası prezident seçkiləri ərəfəsində birgə fəaliyyətə dair saziş imzalayıb
# 12 dekabr 2007 14:02 (UTC +04:00)
16 müxalifət partiyasının rəhbəri prezident seçkiləri ərəfəsində bir sıra məsələlərlə bağlı birgə fəaliyyət göstərmək barədə saziş imzalayıb. Bu barədə APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən məlumat verilib. Partiya rəhbərləri Azərbaycanda demokratik seçkilərin keçirilməsi, seçkiöncəsi demokratik mühitin yaradılması, mətbuat və siyasi azadlığın təmin olunması məqsədi ilə fəaliyyətlərini əlaqələndirəcəklərini bildiriblər. Sazişdə Seçki Məcəlləsinin dəyişdirilməsi, siyasi aktivliyin yaranması üçün birgə fəaliyyət göstərmək, sazişi imzalayan partiyaların bir-birinin əleyhinə təbliğat aparılmaması maddələri öz əksini tapıb. Sənədi Açıq Cəmiyyət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azad Azərbaycan Partiyası, Tərəqqi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azadlıq Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, “Bizim Azərbaycan” Bloku və “Azərbaycan Yolu” Siyasi Hərəkatının rəhbərləri imzalayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR