Bank Of Baku

Azərbaycan ombudsmanı Strasburqa səfər edəcək

Azərbaycan ombudsmanı Strasburqa səfər edəcək
# 12 dekabr 2007 15:00 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və Ombudsman Aparatının bir qrup əməkdaşı Avropa Şurasının dəvəti ilə Strasburqa səfər edəcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 17-19-da baş tutacaq səfərin məqsədi Avropa Şurasının insan hüquqları sahəsində fəaliyyətinin, ayrı-ayrı struktur bölmələrinin iş prinsiplərinin öyrənilməsini, ombudsmanla qurum arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə etməkdir. Səfər çərçivəsində Azərbaycan ombudsmanı müxtəlif görüşlər də keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR