Bank Of Baku

Moskvada Heydər Əliyev haqqında kitabın təqdimat mərasimi keçirilib

Moskvada Heydər Əliyev haqqında kitabın təqdimat mərasimi keçirilib
# 12 dekabr 2007 15:00 (UTC +04:00)
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində, “İnterfaks” agentliyinin mərkəzi ofisində “Heydər Əliyev haqqında teleqraf mətni ilə” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitaba 1980-ci ildən bəri “İnterfaks”ın informasiya buraxılışlarında Heydər Əliyev haqqında yer almış məlumatlar, onun müsahibələri, bəyanatları daxil edilib. Kitab Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi, “İnterfaks” agentliyi və onun Azərbaycan bölməsi tərəfindən nəşrə hazırlanıb. Tədbirdə Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov, Heydər Əliyevin dostları və həmkarları iştirak ediblər.
Azərbaycanın Moskvadakı səfirliyində isə H. Əliyevin anım mərasimi keçirilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevə və digərləri H. Əliyev haqqında xatirələrini bölüşərək onun müasir Azərbaycan dövlətinin quruculuğunda oynadığı roldan danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR