Bank Of Baku

İranda Azərbaycan Milli Hökumətinin yaradılmasından 62 il ötür

İranda Azərbaycan Milli Hökumətinin yaradılmasından 62 il ötür
# 12 dekabr 2007 15:28 (UTC +04:00)
APA-nın məlumatına görə, 1945-ci ildə Seyid Cəfər Pişəvərinin öncüllüyü ilə qurulan Azərbaycan Milli Hökuməti tam bir il ərzində Azərbaycanı müstəqil idarə edərək, dövlətin müstəqilliyinin əsaslarının formalaşdırmaq istiqamətində önəmli addımlar atıb. Pişəvəri hökuməti dövründə İranda Azərbaycan dilində “Vətən Yolunda” qəzeti nəşr edilib, Azərbaycan radiosu fəaliyyətə başlayıb, Təbrizdə Milli Konservatoriya təşkil olunub. II dünya müharibəsindən sonra dünyanın yeni güc mərkəzləri tərəfindən bölüşdürülməsi nəticəsində dəstəyini itirən Azərbaycan Milli Hökuməti süquta uğrayıb, hökumətin rəhbərləri və 21 Azər hərəkatının aparıcı simaları İranı tərk edərək Azərbaycanda mühacir həyatı yaşamağa məcbur qalıblar. Azərbaycan Milli Hökumətinin süquta uğramasından 62 il keçməsinə baxmayaraq, bu önəmli tarix hər il müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən təntənəli şəkildə qeyd edilir, milli mücadilə yolunda canından keçən soydaşlarımızın xatirəsi hörmətlə anılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR