Bank Of Baku

Azərbaycanın bütün rayonlarında Heydər Əliyevi anım mərasimləri keçirilib

Azərbaycanın bütün rayonlarında  Heydər Əliyevi anım mərasimləri keçirilib
# 12 dekabr 2007 15:44 (UTC +04:00)
Daha sonra rayon İcra Hakimiyyətində ziyalılarının iştirakı ilə “Heydər Əliyev - xalqa həsr olunmuş ömür yolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov H. Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğundakı xidmətlərindən və ölkəmizin dünyaya inteqrasiyasında göstərdiyi diplomatik fəaliyyətindən danışıb. H. Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar Şəki, Qax və Balakən rayonlarında da anım mərasimləri keçirilib.
Anım mərasimləri Göyçay, Ucar və Zərdab rayonlarında da təşkil olunub. Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Allahverən Səfərov APA-nın Mərkəzi Aran bürosuna bildirib ki, rayon İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, təşkilat və müəssisə rəhbərləri mərhum prezidentin abidəsini ziyarət edəndən sonra Mədəniyyət evində 300 nəfərə ehsan verilib.
Bu gün Gəncə şəhərində də H. Əliyevin vəfatının 4-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov H. Əliyevin abidəsi önünə əklil qoyub. Anım mərasimində 40 minədək Gəncə sakini iştirak edib.
Qeyd edək ki, H. Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar Samux, Şəmkir, Xanlar, Tovuz, Qazax, Ağstafa, Daşkəsən və Gədəbəy rayonlarında da anım mərasimləri keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR