Bank Of Baku

Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıqla bağlı zona müşavirələri keçirəcək

Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıqla bağlı zona müşavirələri keçirəcək
# 13 dekabr 2007 09:15 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında 2008-ci il prezident seçkilərinə hazırlıq işləri davam edir”. Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov verib. Onun sözlərinə görə, seçkilərə hazırlıq məqsədi ilə partiya zona müşavirələri keçirəcək: “Artıq Lənkəranda belə bir müşavirə keçirildi. Bu toplantıda partiya təşkilatlarının qarşısına konkret vəzifələr qoyuldu. Digər zonalarda da anoloji müşavirələr keçiriləcək”. Kərim Kərimov seçkilərə hazırlıq işlərinin səsvermə gününə kimi davam edəcəyini bildirib. YAP-ın növbəti qurultayının 2008-ci ildə keçirilib-keçirilməyəcəyinə gəldikdə, YAP İdarə Heyətinin üzvü bununla bağlı konkret qərarın olmadığını bildirib: “Rayon təşkilatlarının konfranslarının keçirilməsi o demək deyil ki, qurultaya hazırlıq gedir. Partiyanın Nizamnaməsinə görə, qurultay 4 ildən bir, rayon təşkilatlarının konfransları isə 2 ildən bir keçirilir. Hələlik partiyada qurultayla bağlı konkret məsələ yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR