Bank Of Baku

Conatan Henik: “Kosovo məsələsinin həlli digər münaqişələr üçün presedent ola bilməz”

Conatan Henik: “Kosovo məsələsinin həlli digər münaqişələr üçün presedent ola bilməz”
# 13 dekabr 2007 10:04 (UTC +04:00)
“Kosovo məsələsinin həlli digər münaqişələr üçün presedent ola bilməz”. Bunu APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik deyib. ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayzanın Rusiyanı Kosovonun müstəqillik qazanacağı təqdirdə Abxaziya və Cənubi Osetiyanı tanımaqdan çəkinməyə çağıraraq bu sırada Dağlıq Qarabağın adını çəkməməsinə münasibət bildirən M. Brayza bunun səbəbini bilmədiyini söyləyib: “O, Dnestryanı münaqişəni də qeyd etməyib, yalnız iki münaqişənin adını çəkib”. C. Henik bir daha bəyan edib ki, Kosovo üzrə hansı qərarın qəbul ediləcəyindən asılı olmayaraq bu, digər münaqişələr üçün presedent sayılmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR