Bank Of Baku

Venesiya Komissiyasının 73-cü plenar iclasında Azərbaycanla bağlı məsələ dekabrın 15-də müzakirə olunacaq

Venesiya Komissiyasının 73-cü plenar iclasında Azərbaycanla bağlı məsələ dekabrın 15-də müzakirə olunacaq
# 13 dekabr 2007 10:18 (UTC +04:00)
Venesiya şəhərində keçiriləcək plenar iclasın sonuncu iş günü Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələ müzakirə olunacaq. Venesiya Komissiyası bununla bağlı Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov və Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində nümayəndəsi Çingiz Əsgərovla fikir mübadiləsi aparmaq niyyətindədir. Plenar iclasda həmçinin Venesiya Komissiyasının nümayəndələri Filon Flaqanan və Boqdan Aureskunun Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”una dəyişikliklərlə bağlı rəyləri ətrafında məsələnin də müzakirəsi gözlənilir. Plenar iclasın ilk günündə həmçinin AŞPA ilə əməkdaşlığın, Almaniya, Ermənistan, Bolqarıstan, Qırğızıstan, Moldova ilə bağlı bəzi məsələlər də diqqət mərkəzində olacaq. İclasın son günündə isə Serbiya, Monteneqro, Latın Amerikası, Əfqanıstan, İsrail, Meksika ilə bağlı məsələlər, Silahlı Qüvvələr üzərində demokratik nəzarət problemi ətrafında fikir mübadiləsi aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR