Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Dördlər”dən fərqli olaraq biz seçkilərə Milli Demokratiya İnstitutunun təzyiqi ilə getmirik”

Mirmahmud Mirəlioğlu: “Dördlər”dən fərqli olaraq biz seçkilərə Milli Demokratiya İnstitutunun təzyiqi ilə getmirik”
# 13 dekabr 2007 10:32 (UTC +04:00)
“Milli Demokratiya İnstitutunun təşəbbüsü ilə Polşaya təlimlərə aparılan bəzi müxalifət partiyaları bu institut tərəfindən zorla seçkiyə cəlb edilir. Bu azmış kimi, özünü müxalifət adlandıran bu siyasi təşkilatlar bizə irad bildirməkdən də çəkinmirlər”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, prezident seçkiləri öncəsi bir sıra məsələlərdə birgə fəaliyyət göstərmək üçün 16 partiya tərəfindən imzalanan sazişə “dördlər” tərəfindən qeyri-obyektiv münasibət var. O, ölkədəki ictimai-siyasi proseslərlə bağlı 16 partiyanın mövqeyinin hər zaman aydın olduğunu diqqətə çatdırıb: “Özünü müxalifət adlandıran bir partiyanın sədri deyir ki, biz seçkini boykot edirik. Milli Demokratiya İnstitutu isə onların seçkidə iştirakını zəruri hesab edir. Bu institut deyir ki, yox, zorla sizi müxalifət edib, seçkiyə göndərəcəyik. Görürsünüz, Azərbaycanda nələr baş verir. Onlardan fərqli olaraq biz, hansısa xarici qurumun təzyiqi ilə seçkiyə getmirik. Həmin partiyaların bizimlə eyni sırada olmamasının səbəbi də bu amildir. Müxalifət düşərgəsində belə tendensiyaların qarşısını almaq üçün isə hər zaman milli maraqlardan çıxış etmək lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR