Bank Of Baku

Əli Əliyev: “Bakı şəhər İcra Hakimiyyətindən partiyaya qərargah tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş edəcəyik”

Əli Əliyev: “Bakı şəhər İcra Hakimiyyətindən partiyaya qərargah tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş edəcəyik”
# 13 dekabr 2007 10:38 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyət göstərdiyi qərargahda iş şəraitinin yaxşılaşdırması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, hazırkı qərargah normal vəziyyətdə deyil. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) onlara yeni bina ayırmayacağını əvvəlcədən bildiklərini qeyd edən partiya sədri buna görə də sözügedən quruma yeni qərargahla bağlı müraciət etmək fikrindən daşındıqlarını vurğulayıb: “Komitə qərargahla bağlı müraciət edən partiyalara qeyri-münasib yerlər təklif edir. Ona görə də biz ənənəvi yoldan fərqli yol seçmişik. Yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə daha bir müraciət edəcəyik və partiyaya qərargah tikmək üçün müvafiq torpaq sahəsinin ayrılmasını xahiş edəcəyik. Belə bir yer ayrılsa, binanı öz vəsaitimiz hesabına tikəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR