Bank Of Baku

Piter Semnebi Rusiya xarici işlər nazirinin və Təhlükəsizlik Şurası katibinin müavinləri ilə görüşüb

Piter Semnebi Rusiya xarici işlər nazirinin və Təhlükəsizlik Şurası katibinin müavinləri ilə görüşüb
# 13 dekabr 2007 10:49 (UTC +04:00)
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Brüsseldə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Zubakovla görüşüb. P. Semnebi APA-ya açıqlamasında bildirib ki, görüş zamanı bir çox məsələ, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik problemləri müzakirə olunub. Ancaq xüsusi nümayəndə bu barədə ətraflı məlumat vermək istəməyib. O, Azərbaycana növbəti səfərinin tarixini hələ müəyyənləşdirmədiyini də söyləyib: “Gələn ilin əvvəli üçün iş qrafikim çox sıxdır. Ancaq mən hər halda, yanvar ayında Azərbaycana səfər etmək niyyətindəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR