Bank Of Baku

Yevgeniya Jivkova: “Azərbaycan müxalifətinin məni nə üçün hakimiyyətin adamı hesab etməsinin səbəbini anlamıram”

Yevgeniya Jivkova: “Azərbaycan müxalifətinin məni nə üçün hakimiyyətin adamı hesab etməsinin səbəbini anlamıram”
# 13 dekabr 2007 11:39 (UTC +04:00)
O, müxalifətin nə üçün bu fikrə düşməsinin səbəbini bilmədiyini vurğulayıb. Həmməruzəçi qeyd edib ki, artıq Azərbaycanda vəziyyətlə bağlı məlumatlarla tanış olub: “Bununla belə, həmkarım Andres Herkellə bir daha məsləhətləşmək istəyirəm. Bu günə kimi onunla görüşməyə imkan olmayıb, ümidvaram ki, biz AŞ PA Monitorinq Komitəsinin yanvarda keçiriləcək növbəti sessiyasında görüşə biləcəyik. Burada biz Azərbaycanda mövcud durum, bu ölkəyə səfərimizin vaxtı, hazırlanacaq hesabatla bağlı fikir mübadiləsi apara biləcəyik”. Yevgeniya Jivkova AŞPA Monitorinq Komitəsinin dekabrın 18-də keçiriləcək iclasına qatıla bilməyəcəyini vurğulayıb: “Sofiyada işlərim çoxdur, bundan başqa AŞPA Monitorinq Komitəsinin qarşıdan gələn iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq. Bu səbəbdən iclasa qatıla bilməyəcəyəm”. Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması ideyasına münasibət bildirən Yevgeniya Jivkova bunun hələlik təkliflərdən biri olduğunu deyib: “Bu, çox mürəkkəb məsələdir, Andres Herkellə məsləhətləşməmiş sualınızı cavablandıra biləmərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR