Bank Of Baku

Əli Əliyev: “Minimum demokratik şərait yaradılsa, “Azadlıq” bloku seçkiyə qatılacaq”

Əli Əliyev: “Minimum demokratik şərait yaradılsa, “Azadlıq” bloku seçkiyə qatılacaq”
# 13 dekabr 2007 11:42 (UTC +04:00)
“Prezident seçkiləri ilə bağlı ölkədə minimum demokratik şərait yaradılsa, o zaman “Azadlıq” bloku seçkilərə qatılacaq”. Bunu APA-ya açıqlamasında blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, hazırda blokun seçkidə iştirakla bağlı mövqeyi əvvəlki kimi qalır. Partiya sədrinin sözlərinə görə, müxalifət partiyaları indiyə qədər keçirilən seçkilərə qatılıb və sonradan əhalidə böyük məyusluq yaranıb: “Bu üsul dəfələrlə sınaqdan keçirilib. İndi vəziyyət əvvəlkindən daha ağırdır, ölkədə azadlıqlar əvvəlki illərlə müqayisədə daha çox məhdudlaşdırılıb. Vəziyyət belə qalacaqsa, ölkədə irəliləyişə nail ola bilməyəcəyiksə, seçkidə iştirak etməyəcəyik. Bu dəfə fərqli üsuldan istifadə edib dünya ictimaiyyətinin diqqətini Azərbaycanda baş verənlərə cəlb etmək niyyətindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR