Bank Of Baku

İğdır bələdiyyəsi Xocalı soyqırımına həsr olunmuş konfransların materiallarını kitab şəklində nəşr etdirib

İğdır bələdiyyəsi Xocalı soyqırımına həsr olunmuş konfransların materiallarını kitab şəklində nəşr etdirib
# 13 dekabr 2007 11:42 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xocalı faciəsinə həsr olunmuş konfransların materialları İğdır bələdiyyəsi tərəfindən kitab halına salınıb. Dekabrın 17-də Azərbaycanda Atatürk Mərkəzində “Hocalı soykırımı paneli, Türkün qara günü Hocalı” və “Hocalı soyqırımı konfransı” kitablarının təqdimat mərasimi keçiriləcək. Mərasimdə millət vəkillərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün İğdır bələdiyyəsinin başqanı Nurəddin Aras və Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov Bakıya gələcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR