Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat və AXCP-nin birləşməsi təklifi diqqəti əsas problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil”

Sülhəddin Əkbər: “Müsavat və AXCP-nin birləşməsi təklifi diqqəti əsas problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil”
# 13 dekabr 2007 11:50 (UTC +04:00)
“Müsavat və AXCP-nin bu mərhələdə birləşməsi ilə bağlı fikirlərə ciddi baxmıram. Bu təkliflər gündəmi dəyişmək, gündəmə süni problemlər gətirmək və diqqəti əsas problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, hazırda müxalifətin qarşısında duran əsas məsələ mövcud şəraiti dəyişməkdir: “Söhbət hansısa birlikdən gedirsə, bu, ilk növbədə funksional birlik olmalıdır. Hansısa partiyalar arasında adi əməkdaşlıq da istənilən səviyyədə deyilsə, hansı birləşmədən danışmaq olar? Əməkdaşlıqdan sonra tərəfdaşlıq, ondan sonra müttəfiqlik yaranmalı, daha sonra birləşmə məsələsi gündəmə gəlməlidir. Əməkdaşlığın yeni başladığı və dərinləşmədiyi bir mərhələdə birlik məsələsinin ortaya atılması nəyə xidmət edir? Mən uzağa getmək istəmirəm, burada ilk növbədə gündəliyi dəyişmək cəhdi görürəm. Hansısa ideyaların gündəmə gətirilməsi məqsədi də var”. S. Əkbərin sözlərinə görə, mövzu mətbuata çıxarıldıqdan sonra süni fikir ayrılıqları, yaxud ideyanın tərəfdarları ortaya çıxarılır: “Gündəliyi destruktiv mövzularla doldurmağa ehtiyac yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR