Bank Of Baku

Ədalət Partiyası YAP və müxalifətin Azadlıq meydanında birgə mitinq keçirməsini təklif edib

Ədalət Partiyası YAP və müxalifətin Azadlıq meydanında birgə mitinq keçirməsini təklif edib
# 13 dekabr 2007 12:17 (UTC +04:00)
Ədalət Partiyası ölkə prezidentinin Qarabağ torpaqlarının müharibə yolu ilə geri alınması barədə fikirlərinə dəstək məqsədi ilə Yeni Azərbaycan Partiyası (YAP) və müxalifət partiyalarının Azadlıq meydanında birgə mitinq keçirməsi təklifi ilə çıxış edib. Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. O bildirib ki, Qərbin Azərbaycanı təslimçi sülhə hazırlamağa yönəlmiş təzyiqlərinə ən yaxşı cavab cəmiyyətin müharibə aparmaq əzmkarlığını nümayiş etdirməkdir. Hakim partiyanın müxalifətlə birgə mitinq keçirməsinin həm də siyasi qüvvələr arasındakı mövcud gərgin münasibətləri yumşaldacağını düşünən E. Şükürlü hesab edir ki, belə mitinqin təşkili yaz aylarında Azərbaycan Silahlı Qüvvələrinin qısamüddətli antiterror əməliyyatları üçün də uğurlu zəmin yarada bilər: “Qarabağda anterror əməliyyatlarına başlamağın vaxtı çatıb və Azərbaycan bundan çəkinməməlidir. Müharibəyə başlayacağı təqdirdə Azərbaycanın yeni ərazilər itirəcəyi haqda məlumatlar isə düşmən tərəfinin apardığı təbliğatdır. Son üç il ərzində Azərbaycan ordusu cəbhə xəttindəki müdafiə mövqeyini xeyli gücləndirib, ermənilərin işi isə xeyli çətinləşib. Belə vəziyyətdə bizdən məğlubiyyət psixologiyasından çıxıb, əzmkarlığımızı ortaya qoymaq qalır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR