Bank Of Baku

Türkiyənin 212 qeyri-hökumət təşkilatı 2008-ci ili Qarabağ ili elan edib

Türkiyənin 212 qeyri-hökumət təşkilatı 2008-ci ili Qarabağ ili elan edib
# 13 dekabr 2007 14:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bir neçə gün öncə həmin QHT-lər birgə toplantı keçirərək bu barədə müzakirə aparıblar və sonra T. Rüstəmxanlının təklifi ilə müvafiq qərarı qəbul ediblər. Birlik sədrinin sözlərinə görə, bu müddət ərzində 212 QHT Dağlıq Qarabağ problemi, ermənilərin həyata keçirdikləri işğalçılıq siyasəti, 20 Yanvar faciəsi, Xocalı və 31 mart soyqırımları ilə bağlı birgə konfranslar, mitinqlər təşkil edəcəklər. T. Rüstəmxanlı QHT rəhbərlərinin toplantısından sonra İstanbulda Qalatasaray məktəbinin qarşısından Taksim meydanına kimi yürüş, meydanda isə mitinq keçirildiyini qeyd edib. Aksiyada Azərbaycan, Türkiyə bayraqları qaldırılıb, “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ türkün olaraq qalacaq” və digər şüarlar səsləndirilib. Konfransda iştirak edən Qarabağ Azadlıq Təşkilatının Ağsaqqallar Şurasının sədri Asif Məmmədov analoji kampaniyanın Azərbaycanda təşkil olunması üçün QAT-ın lazımı dəstək verəcəyini bildirib. O, həmçinin, Qarabağın azadlığı üçün birinci növbədə Qərbi Azərbaycandan qaçqın düşmüş insanların statusunun tələb edilməsinin vacib olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR