Bank Of Baku

Əli Əliyev: “16 partiyanın seçkilərlə əlaqədar saziş imzalaması müxalifət düşərgəsində yeni güc mərkəzinin yaranması nümunəsidir”

Əli Əliyev: “16 partiyanın seçkilərlə əlaqədar saziş imzalaması müxalifət düşərgəsində yeni güc mərkəzinin yaranması nümunəsidir”
# 13 dekabr 2007 14:26 (UTC +04:00)
“İndiki mərhələdə müxalifətin qarşısında dayanan əsas vəzifə ölkədə demokratik mühitin formalaşdırılmasına nail olmaqdır. Bunun əksinə olaraq ümumi məsələlərdə fərqli mövqe tutmaq anlaşılmazdır”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər 16 partiyanın birgə əməkdaşlıqla bağlı saziş imzalamasına münasibət bildirərkən deyib. Müxalifət partiyalarının ümumi maraqlar üçün səyləri birləşdirməsini vacib sayan S. Əkbərin fikrincə, mövcud şəraitdə demokratik potensial kifayət qədər zəifdir: “Belə bir şəraitdə hər bir partiya öz məsuliyyətini cəmiyyət qarşısında dərk etməlidir. Fərqli mövqe tutanlar demokratiyanın inkişafına xeyir gətirmirlər. Əks yol nə milli, nə də ayrı-ayrı partiyaların maraqlarına xidmət etmir”. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə partiyaların bu addımını normal qarşıladığını deyib. Həmin partiyaların “Azadlıq” blokuna və yaxud “dördlərə” qarşı yarandığını güman etməyən partiya sədri hesab edir ki, bu, həm də müxalifət düşərgəsində yeni güc mərkəzinin yaranması nümunəsidir: “Biz bir-birimizə qarşı deyil, hakimiyyətə qarşı mübarizə aparmalıyıq. Onlar müxalifətdə mövcud güc mərkəzlərini özlərinə hədəf seçməməlidirlər. Yoxsa bu qurumlar bir-birlərinə alternativ olmağa çalışacaqlarsa, bundan ümumi proses zərbə alacaq və hamı yerində sayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR