Bank Of Baku

Sergey Kuznetsov: “Prezident Aparatı Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair təkliflərini Venesiya Komissiyasına göndərib”

Sergey Kuznetsov: “Prezident Aparatı Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair təkliflərini Venesiya Komissiyasına göndərib”
# 13 dekabr 2007 16:13 (UTC +04:00)
Onun sözlərinə görə, artıq təkliflər Venesiya Komissiyasına daxil olub və ekspertlər sənədi öyrənməklə məşğuldur: “Sənəd 20 səhifədən ibarətdir, mən təklifləri tanış olmaq üçün məruzəçilərə təqdim etmişəm. Venesiya Komissiyası təkliflərlə bağlı cavabını gələn ilin yanvarından tez hazırlamayacaq”. Qeyd edək ki, sabah Avropa Şurası Venesiya Komissiyasının 73-cü plenar iclası öz işinə başlayır. Plenar iclasa dekabrın 15-də yekun vurulacaq. Venesiya şəhərində keçiriləcək plenar iclasın sonuncu iş günü Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələ müzakirə olunacaq. Venesiya Komissiyası bununla bağlı Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov və Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində nümayəndəsi Çingiz Əsgərovla fikir mübadiləsi aparmağı planlaşdırır. Plenar iclasda həmçinin Venesiya Komissiyasının nümayəndələri Filon Flaqanan və Boqdan Aureskunun Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”una dəyişikliklərlə bağlı rəyləri ətrafında məsələnin də müzakirəsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR